
Azərbaycanın “Qarabağ” komandası Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyunu üçün İslandiyaya yollanıb.
Senzor.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Vestri” – “Qarabağ” görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat gecə 00:00-da başlayacaq.
Xatırladaq ki, bu komandaların ilk oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.






