IV Şuşa Qlobal Media Forumu başa çatdı

İki gün davam edən IV Şuşa Qlobal Media Forumu başa çatıb.

 

Senzor.az xatırladır ki, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.

 

Forumun builki mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"na həsr olunub.

 

Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılarla görüşüb, onların suallarını cavablandırıb.

 

Forum iştirakçıları "Xocalı Soyqırımı Memorial"ını, Xankəndidə Zəfər parkını ziyarət ediblər, həmçinin Şuşada görülən işlərlə tanış olublar.

 

Forumun ikinci günündə media, informasiya təhlükəsizliyi, süni intellekt və beynəlxalq əməkdaşlıq mövzularını əhatə edən bir sıra panel və interaktiv müzakirələr baş tutub.

 

Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, media etikası və süni intellektin yaratdığı yeni imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.