
ABŞ Prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, razılaşmanın hələ də mümkün olduğunu bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən danışıb.
“Bəli, düşünürəm ki, razılaşma mümkündür”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, Vaşinqton və Tehran arasında diplomatik razılığın əldə olunması ehtimalı qalmaqdadır.