
İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.
Senzor.az bildirir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Forumun ikinci günündə iştirakçılar dünya mediasının üzləşdiyi müasir çağırışları, jurnalistikanın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində rolunu, eləcə də dezinformasiyanın yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.
Proqrama panel müzakirələri, beynəlxalq ekspertlərin və aparıcı media qurumlarının nümayəndələrinin çıxışları daxildir.
Xatırladaq ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.