İran ABŞ sanksiyalarına rəğmən... NEFT İXRACINI DAVAM ETDİRİR

"Vaşinqtonun öz vədlərinə xilaf çıxacağı ehtimalı nəzərə alınaraq, Tehran əvvəlcədən düşünülmüş ehtiyat planlarının heç birindən vaz keçməyib".

 

Bunu İran İslam Respublikasının neft naziri Möhsün Paknejad deyib.

 

"ABŞ Maliyyə Nazirliyinin iyun ayında verdiyi və İranın neft sektoruna qarşı ABŞ sanksiyalarını zəiflədən ümumi lisenziyanın qüvvədən düşməsinə baxmayaraq, İran hakimiyyəti neft ixracını davam etdirir.

 

Neft Nazirliyi artıq uzun illərdir ki, ABŞ-ın ədalətsiz sanksiyalarının nəticələrini neytrallaşdırmağa imkan verən zəruri mexanizmlər qurur. Neftin fasiləsiz ixracını təmin etmək üçün nəzərdə tutulmuş mexanizmlər fəaliyyətdə olduğu üçün, İran neftinin ixracı əvvəlki rejimdə davam edir", - deyə nazir vurğulayıb.

 

Oxu.az xatırladır ki, iyulun 7-də ABŞ-ın Maliyyə Nazirliyi iyunda təsdiqlənmiş və avqustun 21-dək İranın neft sənayesinə qarşı məhdudiyyətləri yüngülləşdirən ümumi lisenziyanı ləğv edərək, sözügedən sektorda yeni maliyyə əməliyyatlarının aparılmasına qadağa qoyub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.