
Bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlıq davam etdiriləcək.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.
Türkiyə lideri 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçısı səviyyəsində 17 ildən sonra Türkiyəyə etdiyi rəsmi səfəri məmnunluqla qarşıladığını bildirərək, bunu əlamətdar hadisə kimi qiymətləndirib.
“İstər Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, istər ikitərəfli ticarət dövriyyəmizin 100 milyard dollar hədəfinə çatdırılması, istərsə də bölgəmizdə sülhün və sabitliyin təmin olunması istiqamətində cənab Trampla birlikdə çalışmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.