Avropanın 9 ölkəsi birləşir: UKRAYNA İLƏ YENİ KOALİSİYA YARADILIR
VİDEO

9 Avropa ölkəsi və Ukrayna ballistik raket təhdidlərinə qarşı birgə müdafiə koalisiyasının yaradılmasına başladıqlarını elan ediblər.

 

Senzor.az bildirir ki, həmin ölkələrin yaydıqları birgə bəyanatda belə deyilir.

 

Yeni təşəbbüsün təsisçiləri Ukrayna ilə bərabər Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, və Böyük Britaniyadır. Bəyanata əsasən, koalisiya tamamilə müdafiə xarakteri daşıyacaq.

 

Sənəddə Avropa ölkələri ballistik raketlərdən qaynaqlanan təhlükənin artdığını və qitənin təhlükəsizliyi üçün raketdən müdafiə imkanlarının daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Bu məqsədlə “Flagship Project” adlı əsas layihə çərçivəsində ballistik raketlərə qarşı müdafiə qabiliyyətinin sürətlə inkişaf etdirilməsi planlaşdırılır.

 

Bəyanatda, həmçinin qeyd edilir ki, koalisiya üzvləri müdafiə sənayesini, elmi-tədqiqat potensialını və əməliyyat təcrübəsini bir araya gətirərək, Avropa üçün ortaq ballistik raketdən müdafiə imkanları formalaşdırmaq niyyətindədirlər.

 

Sənəddə Ukraynanın Rusiyanın hərbi əməliyyatları zamanı əldə etdiyi unikal müdafiə təcrübəsinin bu layihə üçün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanır.

 

Koalisiya çərçivəsində ümumi əməliyyat tələblərinin hazırlanması, birgə texniki işçi qruplarının yaradılması, aydın idarəetmə mexanizmlərinin müəyyən edilməsi və ilk əməliyyat imkanlarına aparan yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, tərəflər birgə elmi-tədqiqat və inkişaf layihələrini dəstəkləməyi, maliyyələşdirmə imkanlarını araşdırmağı, həmçinin məlumat və informasiya mübadiləsini genişləndirməyi planlaşdırırlar.

 

Bəyanatda vurğulanır ki, koalisiya digər xalqlara qarşı deyil, üzv ölkələrin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Sənəddə təşəbbüsün eyni prinsipləri və məqsədləri bölüşən digər dövlətlərin qoşulmasına açıq olduğu da qeyd edilib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.