Qazaxıstanın Cambul əyalətindəki hərbi hissənin silah-sursat anbarında daha bir partlayış baş verib.
Senzor.az bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayış avqustun 26-da yanğının baş verdiyi ərazidə qeydə alınıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, avqustun 26-da baş vermiş partlayış nəticəsində 13 nəfər həyatını itirmişdi.