Şirvanda çörək sexində partlayış: ölən var RƏSMİ

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verməsi nəticəsində 1 nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Senzor.az-ın Şirvan Şəhər Prokurorluğuna istinadən xəbərinə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılmış, suyun qızdırılmasını təmin edən dəmir soba 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəyib, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.