Qəbələdə meşə yanğınları davam edir - KƏMALƏDDİN HEYDƏROV HADİSƏ YERİNDƏ OLUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.
 
Senzor.az FHN-ə istinadən bildirir ki, yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Mülki Müdafiə Qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və 3 texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 nəfər yerli sakin iştirak edir.
 
Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.
 
Yeri gəlmişkən, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq ərazidə olub. Nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.
 
Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.
 
Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub. O, yanğınların qarşısının alınması üçün müvafiq göstəriş və tapşırıqlar verib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.