Bakıda Tbilisi prospekti ilə Cavadxan küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Senzor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb: “Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizləmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib”.