Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyev tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.