Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Sadıqova Nailə Abbas qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Sadıqovaya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.