Qarabağda vəhşi heyvanları öyrənmək üçün kameralar quraşdırılır

“Qarabağda vəhşi heyvanların tədqiqatı təzə başlayıb. Hərbçilərimizin Kəlbəcərdə bəbiri çəkməsindən sonra alimlərimiz ora gedib”.


Bunu açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib. O bildirib ki, bəbiri müşahidə etmək üçün Kəlbəcərdə artıq iki kamera quraşdırılıb:


“Kameraları yay aylarında quraşdırmışıq. Bu yaxınlarda onların çəkilişlərini götürmək üçün gedəcəyik. Eyni zamanda ərazidə yeni kameralar da quraşdırılacaq. Bu kameralar bəbiri müşahidə etmək üçün nəzərdə tutulsa da, ora düşən digər vəhşi heyvanlar da tədqiq edilir”.


E.Əsgərov qeyd edib ki, Qarabağın uzun illər insan ayağı dəyməyən yerlərində vəhşi heyvanların sayı çoxalıb:


“Kəlbəcərdə olarkən hər addımbgaşı ayı pəncəsinin izlərini müşahidə edirdim. Eyni zamanda orada bəbir görülüb. Bundan əlavə, vaşaq, canavar, çaqqal, qaya keçisi, dağ keçiləri də var. Maralların kökü kəsilib ki, onu da layihə çərçivəsində artıracayıq. Eyni zamanda dağ keçilərinin sayının da müəyyən ərazilərdə artırılması nəzərdə tutulur”.( AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.