Bu gün Suraxanı rayonunun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək.
“Azərsu” ASC-dən Senzor.az-a verilən məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 31 oktyabr 2022-ci il tarixində gün ərzində Suraxanı rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.