Zaqatala, İlisu və Ağsu qoruqlarının nümayəndələri Qəbələ Qoruğunda olublar - FOTO

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Qoruqlar arasında təcrübə mübadiləsi və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə İlisu, Zaqatala və “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqlarının direktor və əməkdaşları iştirak ediblər.

 

Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qəbələ Arxeoloji Mərkəzin akt zalında keçirilən toplantının əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qonaqlara qoruğun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1976-cı ildə yaradılıb. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

 

Qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının, Azərbaycanın tarixinin daha da geniş təbliğ edilməsinin, qoruq ərazisinə gələn turistlərin digər qoruqlara yönəldilməsinin vacibliyini diqqətə çatdıran Zahir Kərimov iş planlarında nəzərdə tutulmuş belə toplantıların qoruq əməkdaşlarının qarşılıqlı fəaliyyətinə böyük töhfələr verəcəyinə əminliyini bildirib.

 

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər QocayevZaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınov çıxış edərək, rəhbərlik etdikləri qoruqlar haqqında ətraflı məlumat verib, tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirib, qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini və gələcəkdə digər qoruqlarla da bu mövzuda tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd ediblər.

 

Qoruqlar arasında əlaqələrin daha da genişləndirilməsi və rəsmiləşdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Toplantının sonunda “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmi nümayiş olunub.

 

Sonra Zaqatala, İlisu və Ağsu qoruqlarının əməkdaşları Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

 

Qonaqlar, həmçinin qoruğun tarixi məkanlarından olan Antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.