“Bakı ilə İrəvan arasında danışıqların bərpası ümid yaradır” - UNESCO-NUN XOŞMƏRAMLI SƏFİRİ
YENİLƏNİB

“Qarabağa aktiv mədəni həyatı qaytarmaq lazımdır”.


Bunu açıqlamasında Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən UNESCO-nun Mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser deyib.


“İnanırıq ki, Qarabağ bölgəsi bundan sonra da inkişaf edəcək. Hesab edirəm ki, mədəni həyat Qarabağa qaytarılmalıdır. Çünki bildiyimiz kimi, Şuşa bir çox görkəmli şairlərin, müğənnilərin, musiqiçilərin mədəniyyət paytaxtı, doğma şəhəri olub”, - o vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan sülh danışıqları ümid yaradır: “Azərbaycan uzun müddətdir ki, sülhdən danışır. İndi Ermənistan bunun onlar və bütövlükdə region üçün nə qədər vacib olduğunu başa düşür. Bütün Qafqaz regionunun çiçəklənməsi üçün bu danışıqlar təşviq edilməlidir”.(“Report”)

**13:10

Şuşa şəhəri 20 mindən çox sakinin yaşadığı şəhər olacaq.


Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.


O, şəhərin planının qarşıdakı 20 il ərzində onun küçələrinin və evlərinin inkişafını detallı şəkildə əhatə etdiyini qeyd edib.


Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, şəhərdə əksəriyyəti dağıdılmış təxminən 200 tarixi abidə var və bugünədək onlardan 13-ü müvafiq qaydada restavrasiya edilib. Aydın Kərimov aparılan işlər sayəsində şəhərə 2-3 dəfə çox turistin cəlb ediləcəyini qeyd edib.

**12:43

Bugünkü konfrans zamanında həyata keçirilməklə yanaşı, həm də çox faydalı bir konfransdır.


Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirdən sonra BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır jurnalistlərə açıqlamasında deyib.


O, konfrans iştirakçılarının əvvəlki dövlət başçıları, baş nazirlər, xarici işlər nazirləri və digər bu kimi dövlət və hökumət səviyyəli şəxslər olduğunu qeyd edərək Azərbaycan rəsmiləri tərəfindən iştirakçılara olduqca önəmli məlumatlar verildiyini vurğulayıb: “Hansı ki bu məlumatlar önümüzdəki bazar ertəsi günü BMT-nin baş katibi ilə görüşümüzdə bizim üçün faydalı olacaq. Yəni biz bu mövzuda üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik”.


Volkan Bozkır Şuşada və Qarabağda davam edən yenidənqurma işləri barədə də fikirlərini bölüşüb: “Mən Şuşada sonuncu dəfə keçən il olmuşdum. Keçən qısa zaman ərzində Şuşada olduqca böyük dəyişikliklər olub. Yəni gələcək yönümlü ciddi addımlar atılır. Təbii, 30 ilik işğaldan sonra, bu cür təxribatdan sonra hər şeyi bərpa etmək asan deyil. Yolboyu mən baxdım, ərazidə dağıntılar var, buna rəğmən orada da - Füzulidə də tikinti-quruculuq işləri davam edir. Cənab Prezident İlham Əliyevin düzgün liderliyi ilə Azərbaycan Qarabağ və Şuşada böyük nailiyyətlər əldə edəcək. Ermənistan isə bunları gördükcə bu ərazilərdə etdiklərinə görə vicdan əzabı çəkməli və dərs çıxarmalıdır deyə düşünürəm”.


Diplomat Azərbaycan-Ermənistan arasındakı sülh prosesini də dəyərləndirib: “Azərbaycan aradan keçən 30 illik təxribata rəğmən, sülhü daha çox istəyir. Sırf Ermənistana qalsa, bəlkə, sülh daha rahat və tez başa gələr, lakin erməni diasporu dünyada rahat həyat sürdüyü halda, sanki buradakı ermənilərin yoxsul vəziyyətdə yaşamaları həqiqətini qəbul etmirlər. Yəni onlar doğulduqları gündən bu cür - türk, Azərbaycan düşməni kimi yetişdiriblər. Amma nəticə etibarilə sülh məsələsini qəbul etməlidirlər, bu, bir gerçəkdir. Hesab edirəm ki, zamanla buna nail olunacaq. Azərbaycan güclü olduğu təqdirdə, sülh müzakirələrinin diapozunu daha geniş olacaq. Biz Türkiyə olaraq, “bir millət, iki dövlət” prinsipi ilə eyni düşüncədəyik və Azərbaycanın yanındayıq”.(APA)

**11:43

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təqdirəlayiqdir”.


Bunu ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.


Onun sözlərinə görə, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlər var:


“Bu ərazilərin bərpası asan iş deyil. Bu, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verib və insanlar artıq bu torpaqlara qayıtmağa başlayıblar”.


O əlavə edib ki, Qarabağ həqiqətləri və işğal dövründə törədilən dağıntılar, eləcə də Azərbaycan hökumətinin bu ərazilərin yenidən qurulmasında göstərdiyi səyləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək.

**11:07

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirin açılış mərasimi baş tutub.


Tədbirin açılış nitqləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanim Vayra Vike-Frayberqa və İsmail Seragəldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən səsləndirilib.


Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir. İştirakçılar arasında Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitaroviç və İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, İSESCO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri , Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Maldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosnia və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcustanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (UNESCO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse prezidenti Mats Karlson yer alır.


Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsində (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışçı qismində iştirak edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.