![]()
Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) ölkənin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı Parlamentin iddiasını qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, KM iddia sənədini baxılması üçün plenuma göndərib.
Konstitusiya Məhkəməsinə təqdim olunan iddia sənədi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan", “Avropa Sosialistləri” və “Xalqın Gücü” partiyaları tərəfindən hazırlanıb. Sənədi bu partiyaların 88 deputatı imzalayıb.
İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.
Qeyd edək ki, iddiada keçmiş Prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası və “Lelo - Güclü Gürcüstan” partiyasının ləğvi tələb olunur.