Ərdoğan İrəvandakı sammitdə iştirak edəcəkmi? – PAŞİNYANDAN AÇIQLAMA

“Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünlüyünü (2026-cı ilin mayında) şərh etmək düzgün olmazdı. Yalnız onu söyləyim ki, mən onu rəsmi dəvət etmişəm”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan illik "Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

 

Paşinyan ümid edir ki, bu dəvət qəbul olunacaq.

 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmələri üçün İrəvana dəvət olunduqlarını deyib.

 

Türkiyə Prezident Administrasiyasından isə bildirilb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələlik konkretlik yoxdur. Qərarın tədbirin tarixinə yaxın bir zamanda verilməsi gözlənilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.