Putin yerli xalqlarla bağlı FƏRMAN İMZALADI

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Yerli Xalqları Gününün təsis edilməsi haqqında fərman imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sənədin mətni hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilib.

 

Bayramın 30 apreldə qeyd olunması planlaşdırılır. Bu tarix 1999-cu ildə yerli xalqlara həsr olunmuş "Rusiya Federasiyasının Yerli Xalqlarının Hüquqlarının Təminatı haqqında" federal qanunun qəbul edilməsi ilə üst-üstə düşür.

 

İstirahət gününə daxil edilməyəcək bayramın məqsədi bu xalqların ənənəvi həyat tərzini, iqtisadi fəaliyyətini, sənətkarlığını və fərqli mədəniyyətini qorumaqdır. Putin həmçinin Rusiya Xalqlarının Dilləri Gününün təsis edilməsi haqqında fərman imzalayıb. Bu bayram 8 sentyabrda qeyd olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.