Belçikada F-35 qırıcılarının tədarükü ilə bağlı QALMAQAL YARANIB

Belçikanın hava məkanının F-35 qırıcı təyyarələrinin istifadəsi üçün çox kiçik olması ilə bağlı bəyanat qalmaqala səbəb olub.

 

“20minutes” portalının məlumatına görə, Belçikanın müdafiə naziri Teo Frankenin ölkənin hava məkanının “təlim missiyaları üçün kifayət etməyəcəyini” bildirməsi tənqid dalğasına tuş gəlib.

 

Nazir təlimlərdə Fransa, İtaliya və Niderlandın hava məkanından istifadəsi üçün onlarla əməkdaşlığı istisna etməyib. Müdafiə nazirinin bəyanatından sonra Belçika “məhdud hava məkanı” ilə bağlı internetdə gülüş obyektinə çevrilib.

 

F-35 qırıcıları ilə bağlı digər problem isə onların yaratdığı səsdir ki, bu da aviabazaların yaxınlığında yaşayan sakinləri narahat edir.

 

Qeyd edək ki, Belçika ABŞ-ın “Lockheed Martin” şirkətindən 5,6 milyard avroya 34 ədəd F-35 təyyarəsi sifariş edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.