Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi
VİDEO/FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 6-7-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, nazir əvvəlcə Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

 

Sonra Qusar Rayon Polis Şöbəsində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 335 vətəndaşın müraciətini dinləyən nazir, onların problemlərinin həlli üçün aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

 

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlar verib.

 

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

 

Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 263 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.