Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapıldı
YENİLƏNİB, FOTO

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti aşkarlanıb.

 

Azərtac xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlu aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.

 

Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.

 

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.

 

**01:14

 

Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.

 

Azərtac xəbər verir ki, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.

 

Hadisə şahidlərinin dediyinə görə, at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.

 

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.