Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada - FOTO

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tədbir təşkil olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən açıq qapı günləri çərçivəsində zəngin proqram təqdim edilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Ağsu rayonunun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, Uşaq Musiqi Məktəbinin müəllim və ifaçıları, eləcə də Bakı, Şamaxı və ətraf rayonlardan gələn turistlər, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri iştirak ediblər. 

Qonaqlar üçün orta əsr Ağsu şəhərinin abidələrinə ekskursiya təşkil olunub. İştirakçılar tarixçilər, bərpaçılar və sənət adamları ilə görüşlərdə maraqlı müzakirələr aparıblar. Tədbir çərçivəsində Vətən Müharibəsi Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşəbbüsü ilə fondun müdiri Şəfa Mövsümovun təqdimatında “Tarixi-memarlıq abidələrimiz: işğal dövründə və Vətən müharibəsindən sonra” adlı elmi seminar keçirilib. 


Ağsu Qoruğunun baş fond mühafizi, heykəltaraş Vüqar Quliyev ustad dərsində heykəltaraşlıq sənətinin incəliklərindən danışıb. Rəssam İslam İsrafilov isə iştirakçılara rəssamlıq üzrə praktiki məşğələlər keçib.

 

Tədbir bədii-musiqili proqramla davam etdirilib. Ağsu Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri ansamblının və məktəbin şagirdləri tərəfindən müxtəlif mahnılar ifa olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.