Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 10-12°, gündüz 16-21° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.