Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.