“Space TV”yə xəbərdarlıq edildi - RƏŞAD DAĞLIYA GÖRƏ

Bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib.

 

Bunu “Modern.az”a Audiovizual Şuranın Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev deyib.

 

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyəti struktur bölmələri tərəfindən araşdırma aparılıb və araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib.

 

“Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək”, - Taleh Quliyev vurğulayıb.

 

Qeyd edək ki, televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada birmənalı qarşılanmayıb. Həmin veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.

 

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.