Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar
VİDEO

Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum ediblər. Ac canavarlar fermada 40 heyvanı parçalayıblar.

 

Təsərrüfat sahibi bildirib ki, hadisədən səhər saat 8-də çobanın zəngi ilə xəbər tutub: "Gəlib gördüm, vəziyyət bu gündədir. 37 qoyunum ölüb, 3-ü isə yaralıdır".

 

Ağstafa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırovun verdiyi məlumata görə, hücuma məruz qalan heyvanların ətindən istifadə etmək qəti qadağandır.

 

O, həmçinin qeyd edib ki, ölmüş heyvanların cəsədləri itlərə də verilməməlidir. Təsərrüfat sahibinin bildirdiyinə görə, canavar hücumu nəticəsində ona təxminən 12 min manat dəyərində maddi ziyan dəyib.

 

Daha ətraflı Baku TV-nin videomaterialında:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.