“Bloomberg”: Ermənistan bölgədə ABŞ-ın süni intellekt mərkəzinə çevrilir

“Nvidia” şirkətinin texnologiyalarından istifadə edən məlumat emalı mərkəzinin fəaliyyətə başlaması ilə Ermənistan süni intellekt sahəsində ABŞ-ın bölgədə infrastruktur mərkəzinə çevrilir.

 

“Bloomberg” agentliyinin yaydığı məlumatda belə deyilir.

 

Nəşr xatırladıb ki, avqustda ABŞ-ın “Firebird” startapı İrəvandan 45 kilometr məsafədə yerləşən Hrazdan şəhərində yeni məlumat mərkəzini istifadəyə verib. 2027-ci ilin sonuna qədər obyektin gücünün 300 MVt-a çatacağı və onun texniki əsasını ABŞ-ın “Nvidia” şirkətinin 70 mindən çox qabaqcıl çipinin təşkil edəcəyi gözlənilir. Həmçinin qeyd olunub ki, mərkəzin resurslarının 20%-i ölkənin daxili ehtiyacları üçün ayrılıb, qalan 80%-i isə xarici şirkətlərə icarəyə veriləcək. “Firebird” startapından nəşrə bildirilib ki, Hrazdan məlumat mərkəzi regionun ən böyük hesablama klasterinə və Avropanın ən böyüklərindən birinə çevrilə bilər.

 

“Teleqraf” xatırladır ki, “The Wall Street Journal” bundan əvvəl Vaşinqtonun,  “Nvidia”nın süni intellekt çiplərinin ixracına icazədən İrəvana qarşı diplomatik alət kimi istifadə etdiyini yazmışdı: “ABŞ-ın bu fonda Ermənistandan gözləntisi budur ki, Amerika ilə dərinləşən iqtisadi əməkdaşlıq İrəvanı Bakı ilə sülh danışıqlarında daha konstruktiv mövqe tutmağa sövq edəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.