Güclü küləkdə paytaxtda 32 ağac sınıb
FOTO

Sentyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. 

 

Qeyd olunub ki, Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçiriblər: “Birliyin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazidən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib”.








Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.