QƏRB QARABAĞDA YENİ "KOSOVO SSENARİSİ"NİN TƏTBİQİNƏ HAZIRLAŞIR – Biz bu planı yalnız Rusiya və Türkiyənin birgə dəstəyi ilə poza bilərik
ELXAN ŞÜKÜRLÜ TƏHLİL VƏ TƏKLİF EDİR

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr bir daha təsdiqlədi ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə hazırda ən böyük maneə məhz rəsmi Vaşinqtondur.

 

Rusiya prezidenti Vladimir Putinin "Qarabağ Azərbaycan ərazisidir, status məsələsi həll olunub" bəyanatının fonunda ABŞ rəsmilərinin Qarabağdakı bir ovuc terrorçu-separatçını həyasızcasına "Qarabağ xalqı" adlandırmaları və Azərbaycanı da humanitar böhran yaratmaqda, etnik təmizləmə aparmağa hazırlaşmaqda suçlamaları Kremlin və Vaşinqtonun problemin həllinə baxışlarını tam şəkildə aydınlaşdırır.  

Güc mərkəzləri arasında mövqelərin bu qədər aydın şəkildə ortaya qoyulduğu bir vaxtda rəsmi Bakı çəkingənlik göstərməməli, danışıqların süni şəkildə uzadılmasına və Paşinyan hakimiyyətinin qorunub saxlanmasına hesablanmış Qərb, xüsusilə də Vaşinqton platformasında iştirakdan açıq şəkildə imtina etməlidir.

 

Biz 44 gün ərzində Ermənistan və erməni faşizmi üzərində böyük hərbi qələbələrlə bitirdiyimiz işi 2020-ci ildə Rusiya-Türkiyə tandemiylə başladığımız və atəşkəsə nəzarət missiyasını da Rusiya-Türkiyə Monitorinq Mərkəzinə həvalə etdiyimiz kimi, yekun sülh danışıqlarının da məhz Moskva-Ankara formatında tamamlanmasını və regionda yeni bir təhlükəsizlik arxitekturasının qurulmasını təmin etməliyik. 

 

Açıqca görünür ki, Qərb Qarabağda yeni "Kosovo ssenarisi"nin tətbiqinə hazırlaşır və biz bu ssenarini yalnız Rusiya və Türkiyənin birgə dəstəyi ilə poza bilərik.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.