KTMT-nin Baş katibi Tacikistan-Əfqanıstan sərhədində olub
FOTO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov Tacikistan Prezidenti Emoməli Rahmonun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

 

“Teleqraf” xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində Baş katib iyunun 24-26-da Tacikistan-Əfqanıstan sərhədindəki bir sıra əraziləri ziyarət edib.

 

T.Masadıkov təşkilatın məsuliyyət zonasının cənub sərhədindəki vəziyyətlə yerində tanış olub və buraxılış məntəqələrində olub.

 

Səfər zamanı Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının komandanı, general-leytenant Murodali Rabjadzoda ilə görüş keçirilib. Görüşdə KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair Məqsədli Dövlətlərarası Proqramının icra vəziyyəti müzakirə olunub.

 

Bundan əlavə, Baş katib Şuroabad istiqamətində, çətin keçidli dağlıq ərazidə inşa edilən sərhəd yolunun tikinti gedişatını da nəzərdən keçirib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.