Putin: Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilmir – “KİYEV İSƏ ARTIQ TERROR ÜSULLARINA KEÇİB”
VİDEO

Qərb Rusiyanı döyüş meydanında məğlub etmək və ölkə daxilində vəziyyəti sarsıtmaq istəsə də, buna nail ola bilməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident Vladimir Putin "Vahid Rusiya" partiyasının qurultayında çıxışı zamanı deyib.

 

Rusiya dövlət başçısı Qərbin ölkəsinə qarşı misilsiz təzyiqlər etdiyini diqqətə çatdırıb.

 

"Rusiya Qərb elitası tərəfindən kobud, heç bir şişirtmə olmadan, görünməmiş təzyiqlərlə üz-üzədir. Onlar bizə strateji məğlubiyyət yaşada, bizi döyüş meydanında məğlub edə bilmirlər. Siyasi vəziyyəti sarsıtmağa, daxili iğtişaşlar törətməyə çalışırlar, lakin bu da alınmır", - deyə V.Putin vurğulayıb.

 

Rusiya lideri, həmçinin Ukraynanın cəbhədə geri çəkildiyini iddia edərək, Kiyev hakimiyyətinin artıq terror üsullarına keçdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi dinc sakinləri və mülki infrastrukturu hədəfə alır, həmçinin Rusiya ərazisində təxribat və terror aktları törətmək üçün insanları ələ almağa çalışır.

 

"Dinc sakinlərə, mülki obyektlərə məqsədli zərbələri və ölkəmiz daxilində təxribat və terror aktları törətmək üçün açıq şəkildə insanların cəlb edilməsini başqa necə adlandırmaq olar?" - deyə Putin bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.