Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını YENİDƏN NƏZƏRDƏN KEÇİRMƏYƏ ÇAĞIRIR
VİDEO

“Avro-Atlantik (NATO) təhlükəsizliyi tarixi dönüş nöqtəsindən keçir. Xüsusilə alyansın şərq və cənub-şərq sərhədlərində davam edən müharibələr, böhranlar, terror və qeyri-qanuni miqrasiya kimi təhdidlər təhlükəsizlik anlayışımıza yenidən baxmağı zəruri edir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunları Şimali Atlantika Alyansının Parlamentlərarası Assambleyasının İstanbulda keçirilən iclasında çıxış edərkən deyib.

 

“Köhnə yanaşmalar və təsəvvürlər bir-bir sıradan çıxır, onların yerini nəyin tutacağı isə hələ naməlumdur. Sabitliyin yerini gərginliyin, nizamın yerini xaosun aldığı, proqnozlaşdırmanın çətinləşdiyi, hər yeni günün hansı hadisələrlə başlayacağını heç kimin dəqiq bilmədiyi qeyri-müəyyənlik dövrünün tam mərkəzindəyik”, - o bildirib.

 

Ərdoğan qeyd edib ki, qlobal sistem və beynəlxalq siyasətə dair əvvəlki anlayışlar bugünkü dünyada böyük ölçüdə öz mənasını itirib: “Xüsusilə Qəzza və Livan da daxil olmaqla, son dövrlərdə şahidi olduğumuz qırğınlar bəşəriyyətin vicdanında dərin yaralar açmaqla yanaşı, beynəlxalq institutların və mövcud beynəlxalq nizamın nüfuzuna da ciddi zərbə vurub. Hesab edirəm ki, yeni dövrün bu xüsusiyyətlərini nəzərə almadan köhnə anlayışlarla mövcud vəziyyəti izah etmək mümkün deyil.

 

Belə bir şəraitdə həm NATO-nun çəkindirici qüvvəsinin qorunub saxlanılması, həm də müttəfiqlər arasında həmrəyliyin gücləndirilməsi daha böyük əhəmiyyət kəsb edir. Mövcud geosiyasi mənzərə NATO-nun rolunu daha da artırıb”.

 

Prezident vurğulayıb ki, NATO daxilində həmrəyliyi və birlik ruhunu gücləndirən qərarlar qəbul edilməlidir: “NATO missiya və əməliyyatlarına ən çox töhfə verən ilk beş müttəfiq ölkə sırasında yer alırıq. Amma bu töhfələrimizə baxmayaraq, Türkiyənin Avropanın təhlükəsizliyinə verdiyi əvəzolunmaz dəstəyin bəzi hallarda görməzdən gəlindiyi də reallıqdır. Avropanın təhlükəsizlik sütununun inkişafında söz sahibi olan ölkələrdən biri kimi qitədə həyata keçirilən bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etmək iradəsinə malikik. Dar siyasi maraqlara görə Türkiyənin müdafiə sahəsindəki potensialını kənarda saxlamaq heç kimin xeyrinə deyil. Bu baxımdan alyans miqyasında Texasdan Ankaraya qədər uzanan, qeyd-şərtsiz vahid təhlükəsizlik və müdafiə şəbəkəsi formalaşdırmalıyıq”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.