
ABŞ və İsrail rəhbərlərinin - Donald Trampla Benyamin Netanyahunun İrana qarşı hücumlar barədə bəyanatları törədilən cinayətlərin etirafıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində deyib.
"Onların bu hücumlarla fəxr etməsi cinayətin etirafı hesab olunur və İran xalqının pozulmuş hüquqlarının bərpası üçün zəmin yaradır", - Xamenei xatırladıb.
Onun sözlərinə görə, 40 günlük müharibədə həyata keçirilən hücumların araşdırması və dəyən ziyanın hesablanması davam etdirilir. "Bu addım belə cinayətlərin təkrarlanmasının qarşısını alacaq", - İranın Ali rəhbəri vurğulayıb.
Qeyd edək ki, Xameneinin müraciəti İrandakı "məhkəmə həftəsi"nə həsr olunub.