Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı güc strukturlarının rəhbərləri ilə onlayn toplantı keçirib.
Senzor.az-ın məlumatına görə, o bildlirib ki, terror aktı radikal islamçıların əli ilə törədilib.
“Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”, - deyə dövlət başçısı bəyan edib.