
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nazirlər səviyyəsində keçirilən tədbirləri çərçivəsində Manilada görüşüblər.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, tərəflər yüksək səviyyədə aparılan son təmaslara əsaslanaraq, ikitərəfli və beynəlxalq məsələlərin geniş spektri üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Ukrayna ilə bağlı məsələlərinin müzakirəsi zamanı Sergey Lavrov amerikalı həmkarına təmas xətti boyunca vəziyyət barədə məlumat verib, Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə hazır olduğunu, Moskvanın Ankoricdə prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşdə ABŞ tərəfinin irəli sürdüyü təkliflərə sadiq olduğunu bir daha təsdiqləyib.
Tərəflər, həmçinin Körfəzdəki vəziyyət də daxil olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.
35 dəqiqə davam edən görüşdən sonra iki ölkənin beynəlxalq təşkilatlarda iştirakı da daxil olmaqla, xarici işlər nazirlikləri arasında əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.