İsrail hökuməti ölkənin müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfərini ləğv edib.
BBC xəbər verir ki, qərar ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs çağırışı edən qətnaməni veto etməməsindən sonra qəbul edilib.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ı bu davranışı ilə əvvəlki siyasətindən imtinada ittiham edib.