Araz və Emin Ağalarovlar Moskvada “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar.
Senzor.az bildirir ki, konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq.
Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında terror aktı martın 22-də baş verib.
Son məlumata görə, terror aktında ölənlərin sayı 140, xəsarət alanların sayı isə 360 nəfərə çatıb.