İŞİD sözçüsü Rusiyada baş verən terror aktından sonra müraciət yaydı - “BU ÖLKƏ “QANUNİ HƏDƏF” OLARAQ QALIR...”

İŞİD terror təşkilatının sözçüsü Əbu Huzeyfə Əl-Ənsari yeni bəyanat yayıb.

 

“Direktorad4” “Telegram” kanalı bildirir ki, 40 dəqiqəlik çıxış terror təşkilatının “Al-Furkan” media mərkəzində dərc olunub.

 

Bəyanatda terrorçuların bütün dünyada fəaliyyəti barədə danışılıb, həmçinin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da 143 insanın ölümü ilə nəticələnən terror aktını yüksək qiymətləndirib, buna görə “Vilayəti-Xorasan” terrorçularına təşəkkür edilib.

 

Əl-Ənsari qeyd edib ki, İŞİD-lə Rusiya arasında qarşıdurma Rusiyanın Suriyada hərbi əməliyyata qoşulması ilə başlayıb.

 

Terror qruplaşmasının sözçüsü bununla kifayətlənməyəcəklərini, Rusiyanın “qanuni hədəf” olmağa davam edəcəyini deyib. O, həmçinin Şimali Qafqazdan olan üzvlərini “inadkar olmağa” çağırıb.

 

Əl-Ənsari qeyd edib ki, uzun müddətdir ki, onlar haqqında mediada heç bir məlumat olmayıb.

 

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 144 nəfər həlak olub. Terrorun icraçıları tezliklə ələ keçiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.