Dostunu göstər, deyim kimsən. Bu kəlam əsasən ispan yazıçısı Migel Servantesin “Don Kixot” romanı sayəsində məşhurlaşıb. Sözügedən prinsip çox vaxt böyük siyasətdə də özünü göstərir.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilib.
Videomaterialda söhbət ermənilərin yüksəksəviyyəli “dost”larından gedir. Süjetdə NATO-nun keçmiş baş katibi, “Rasmussen Global” konsaltinq şirkətinin təsisçisi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” və ona daxil olan bir neçə şəxs ifşa edilir.
Yeri gəlmişkən, şəbəkəyə Slovakiyanın sabiq baş naziri Mikulaş Dzurinda, Polşanın sabiq baş naziri Vlodzimej Tsimoşeviç, Çexiyanın sabiq xarici işlər naziri Ştefan Fyule, İrlandiya Respublikasının sabiq xarici işlər naziri Çarlz Fleneqan və sair şəxslər daxildir.
Materialda həmin şəxslərin hər birinin müxtəlif cinayət əməllərində ittiham edildiyi, rüşvətxor və əxlaqi dəyərlərdən məhrum olduğu vurğulanır.
Daha ətraflı süjetdə: