Sərhəddə erməni təxribatının səbəbi – 3 GÜN SONRA NƏLƏR BAŞ VERƏCƏK?
ŞƏRH - PROQNOZ

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Belə ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Bu insident gözlənilən idi. Məsələ ondadır ki, son zamanlar şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunurdu. Rəsmi İrəvan bunun hərbi təlimlər məqsədi ilə həyata keçirildiyini iddia etsə də, şərti dövlət sərhədində hərbi insidentin baş verməsi gözlənilirdi.

 

Ümumiyyətlə, hazırda Cənubi Qafqazdakı siyasi vəziyyət regionda marağı olan gücləri narahat edir. Belə ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi, habelə sərhədlərin delimitasiya prosesi uğurla davam edir. Etiraf etmək lazımdır ki, son insidentə baxmayaraq, sülh istiqamətində mühüm addımlar atılıb. Ən önəmlisi danışıqlar masasında 60-70%-i razılaşdırılan bir sülh sənədi var.

Rəsmi Bakının sülhdə maraqlı olması, maksimum konstruktiv mövqe sərgiləməsi və gərginlikdən yayınması başda Fransa olmaqla regionda maraqlı olan qüvvələri narahat edir. Sülhün əldə edilməsi bu ölkələrin regiona müdaxilə, buranı təsirdə saxlamaq imkanlarını sıfırlayır.

 

Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, uğurlu iqtisadi layihələr həyata keçirməsi, daxili sabitliyin olması Bakıya təzyiq imkanlarını azaldır. Belə olan təqdirdə zəif iradəli və kövrək hakimiyyətə malik Ermənistan üzərindən regionda sabitliyi pozmağa çalışırlar.

 

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də buna hesablanıb. Görüşün keçirilməsinə 3 gün qalıb və Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi pakt imzalanacaq. Bu paktın imzalanmasını arqumentləşdirmək üçün isə hazırda regionda gərginlik atmosferi yaradılır.

 

Proseslər geniş mənada Qərb ilə ABŞ arasında Cənubi Qafqazda nüfuz mübarizəsi olsa da, əslində mübarizə Azərbaycan və Ermənistan üzərindən aparılır. Qərb faktiki olaraq Ermənistanı öz tərəfində, Azərbaycanı isə Rusiyanın yanında göstərməyə çalışır. Görünür, Qərb bu təəssüratı yaradıb Bakıya təzyiq istəklərinə nail olmaq istəyir.


Rəsmi Bakının mövqeyi açıqdır: biz Qərb-Rusiya qarşıdurmasının tərəfi deyilik. Azərbaycan üçün prioritet məsələ sülh müqaviləsinin imzalanması, delimitasiya prosesinin davam etməsidir. Bununla belə, Ermənistan tərəfinin atəşkəsi pozma cəhdləri davam edərsə, rəsmi Bakı adekvat cavab verəcək. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və de-fakto müharibə vəziyyəti davam edir.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.