Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətində “Crocus City Hall”da terror aktını sifariş edənlərin hədəflərini açıqlayıb.
Senzor.az bildirir ki, Putin bu barədə Rusiya Daxili İşlər Nazirliyinin kollegiya iclasında danışıb.
Onun sözlərinə görə, “Crocus City Hall”da terror aktını sifariş edənlərin əsas hədəflərindən biri ksenofobiya və islamofobiyanı qızışdırmaq olub.
“Bu, sifarişçilərin qarşılarına qoyduqları əsas məqsəd idi - Rusiyanı parçalamaq. Biz buna imkan verməməliyik”, - deyə Putin bildirib.