Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.
TASS xəbər verir ki, Tayvanın Çin üzrə komitəsinin açıqlamasında belə deyilir.
Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.
İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayırlar.
Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7,3 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.