“Bir müddət əvvəl onurğamdan əməliyyat olundum. Ağrılarım xeyli azalıb, özümü yaxşı hiss edirəm”.
Bu sözləri Bakupost.az-a açıqlamasında tanınmış şair Məmməd İsmayıl deyib.
O qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə “Liv Bona Dea Hospital”da müalicəsi davam edir: “Həkimlərin dediyinə görə, Ramazan bayramında evə buraxacaqlar”.
M.İsmayıl müalicə prosesindən çox razı qaldığını dilə gətirib: “Mən dünyanın yarısını gəzmişəm, bir neçə ölkədə də müalicə almışam. Amma heç yerdə bu cür yüksək keyfiyyətli tibbi xidmət görməmişəm. Azərbaycanda belə bir müalicə müəssisəsinin olduğunu xəyalıma belə gətirməzdim. Mənə ali səviyyədə xidmət göstərilir. Allah hamıdan razı olsun. Mənə belə bir şəraitdə xidmətin göstərilməsinə şərait yaradan Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Açığı, bu cür diqqəti gözləmirdim. Xalqım da sağ olsun, mənim xəstəliyimə biganə qalmadı. Bu cür həssas münasibət məni mütəəssir etdi”.
Qeyd edək ki, Məhəmməd İsmayılın səhhəti ağırlaşandan sonra Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.