Türkiyənin Ərdahan vilayətində seçki yenidən keçiriləcək

AKP-nin etirazı ilə CHP namizədinin qalib gəldiyi Ərdahanda seçkilər təkrarlanacaq.

 

Bu barədə “TRT Haber” məlumat yayıb.

 

Belə ki, AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib. Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq, səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də keçiriləcək.

 

 

Qeyd edək ki, Türkiyədə martın 31-i yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Ərdahanda CHP-nin namizədi Faruk Dəmir 45,06%, AKP namizədi Yunus Baydar isə 43,51% səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə isə 620 səs etibarsız hesab edilib.

 

Onu da qeyd edək ki, öz növbəsində CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir yerli telekanallara verdiyi açıqlamasında seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.