İraqda İrana bağlı "Həşdi-Şəəbi" qüvvələrinin rəhbəri Faleh Əl-Fəyyaz qruplaşmanın tezliklə silahlarını təhvil verəcəyini və İraq ordusuna inteqrasiya ediləcəyini bildirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Başçılıq etdiyi qüvvələrin bundan əvvəl İŞİD-ə qarşı qalib gəldiyi müharibənin ön cəbhəsində olduğunu söyləyən Əl-Fəyyaz, bu mərhələnin bitdiyini və qüvvələrin İraq ordusunun tərkibinə qatılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, İraq Nazirlər Şurası "Həşdi-Şəəbi"nin inteqrasiyası haqqında qanunu təsdiqləyib və hazırda parlamentin təsdiqini gözləyir.