Hikmət Hacıyev Gəncə və ispan pilotları ilə bağlı FİLM PAYLAŞDI
FOTO/VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

 

Senzor.az bildirir ki, H.Hacıyev bununla bağlı sosial şəbəkə hesabında yazıb.

 

“Gəncənin yaddaşında gizlənən bir sirr var idi: niyə bəzi yaşlılar bir məktəbi “İspan məktəbi” adlandırır, şəhərdə isə ispan pilotlarının məzarları qalırdı? Uşaqlıqdan bu suallar məni həmişə düşündürürdü”, - deyə Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

 

Filmdə qeyd olunur ki, 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı gənc ispan pilotları uçuş təlimi keçmək üçün Gəncəyə gəliblər. Fransisko Frankonun qələbəsi onların həyatını dəyişib. Pilotların bir çoxu vətənlərinə qayıda bilməyib, Sovet İttifaqında qalıb və daha sonra sovet hərbi hava qüvvələrində xidmət ediblər.

 

İkinci Dünya müharibəsi illərində onlardan bəziləri Azərbaycanın səmasının və strateji əhəmiyyət daşıyan Bakı neft yataqlarının nasistlərin hava hücumlarından müdafiəsində iştirak edib. Bir çoxu isə bir daha öz vətənini görə bilməyib.

 

Hikmət Hacıyev vurğulayıb ki, bu insanların yaddaşında ən çox qalan məqam azərbaycanlıların onlara göstərdiyi münasibət olub. O qeyd edib ki, çətin dövrlərdə belə Azərbaycan xalqı sahib olduğu az imkanları onlarla bölüşüb.

 

"Tarixin az tanınan, lakin dərin təsir bağışlayan hekayələrindən biri", - deyə H.Hacıyev paylaşımında bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.