İrəvanın aldığı silahların yarısı Hindistana məxsusdur
"REUTERS"

2022-2024-cü illər arasında Ermənistana idxal edilən silahların 43%-i Hindistanın payına düşüb.

 

"Reuters"də dərc olunan məqalə belə deyilir.

 

Agentlik Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinad edib.

 

Nəşr son illər Hindistanın Ermənistan Silahlı Qüvvələrinin əsas silah tədarükçüsünə çevrildiyini qeyd edib.

  

Hindistan mediasının yaydığı məlumata görə, tərəflər 2022-2023-cü illərdə yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli artıq Ermənistana çoxsaylı raket sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatlarını təhvil verib. Müqavilələr çərçivəsində bəzi silahlar isə təhvil veriləcək.

 

Azvision.az xatırladır ki, Hindistanın İADN agentliyi ötən il bu barədə geniş məqalə dərc etmişdi. Nəşrin yaydığı məlumata görə, Ermənistan Dehlinin ən çox silah alan tərəfdaşına çevrilib. Bildirilir ki, 2024 ildə Ermənistanın Hindistandan 600 milyon dollarlıq silah alıb.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq edir. Məsələn, 2022-ci ildə imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və digər hərbi sursatlar göndərmişdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaları (ATAGS) üçün Ermənistandan sifariş aldığını xəbər vermişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.