Suriya Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərdi - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula, qonaqpərvərliyə və iki xalq arasında dərin mənəvi bağları əks etdirən qardaşlıq ruhuna görə təşəkkür və minnətdarlıq məktubu göndərib.

 

Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

 

Məktubda deyilir:

 

“Azərbaycan xalqının əzmkarlığı ilə qurulan və rəhbərlərinin müdrikliyi ilə qorunan bir dövlətdir. Ümid edirəm ki, bu səfər xalqlarımızın şanlı keçmişində mövcud olmuş tarixi bağ və həmrəyliyi əks etdirəcək, eyni zamanda bizi parlaq gələcəyə doğru birgə addımlamağa təşviq edəcək. Ölkənizin təhlükəsizliyi və rifahı naminə göstərdiyiniz səylərə görə sizə dərin ehtiramımı bildirirəm. Sizi əmin edirəm ki, Suriya Ərəb Respublikası qardaşlıq yoluna sadiq qalacaq və enerji sahəsində əməkdaşlıq başda olmaqla, bütün istiqamətlərdə ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır. Həm Azərbaycan, həm də Suriya zəngin təbii resurslara və geostrateji mövqeyə malikdir. Bu imkanlar qarşılıqlı əməkdaşlıq şəraitində enerji istehsalı və tədarükündə böyük üstünlüklər qazandıracaq, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, təcrübə və texnologiya mübadiləsi sayəsində ortaq maraqların təmininə xidmət edəcək. Sizə ən xoş arzularımı çatdırıram. Azərbaycan daim əziz və firavan olsun. Dostluğumuz Qafqaz dağları qədər sarsılmaz qalsın...”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.